Bazar ertəsi, 06 May

"Bayden Amerikanı məhv edir" - Tramp

image

ABŞ prezidenti Bayden keçən il yanvarın 6-da Tramp tərəfdarlarının Konqres binasına basqın etməsinin ildönümü ilə əlaqədar yerli medialardan birinə  açıqlama verib. 

Xəbər verilir ki, o, Trampın 2020-ci il seçkiləri ilə bağlı yalan bəyanat yaydığını və öz maraqlarını ölkəsinin mənafeyindən üstün gördüyünü ifadə edib:

“Tariximizdə ilk dəfə prezident nəinki seçkiləri uduzdu, həm də təcavüzkar kütlə Konqresi pozarkən hakimiyyətin dinc yolla ötürülməsinə mane olmağa çalışdı. Ancaq uğursuz oldular. Demokratiyamız qalib gəldi, xalq müqavimət göstərdi, xalq qalib gəldi". 

Çox keçməyib ki, Tramp Baydenin bu ifadələrinə öz internet səhifəsində cavab verib. 2020-ci il prezident seçkilərinin oğurlandığı iddiasını dilə gətirən Tramp, "Facebook" və "Twitter"in gizli böyük texnologiya şirkətlərinin seçkilərdə qanunsuz istifadə edildiyini iddia edib.

Baydenin açıq sərhəd və enerji siyasətləri ilə ABŞ-ı məhv etdiyini bildirən Tramp, “Ölkəmizin artıq sərhədləri yoxdur, COVID-ə nəzarət tamamilə itirilib, enerjidə müstəqil deyilik, ordumuz xaos içindədir. Amerika Baydenin zəhərli sərhədlərindən, rekord inflyasiyadan, Əfqanıstanda alçaldıcı təslim olmaqdan və artan cinayətdən əziyyət çəkir", -  deyə Tramp yazıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15